Millimiz İsveçrəni qonaq edir

24.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində İsveçrəni qəbul edəcək.

3 gün öncə İrlandiyaya məğlub olan Tahir Baxşıyevin komandası bunu azarkeşlərə unutdurmağa çalışacaq. Bakı səfərinədək uduzmayan qonaqlar isə uğurlu seriyanı davam etdirmək arzusundadırlar.

Qeyd edək ki, qrupun digər matçında İrlandiya Kosovonu sınağa çəkəcək.

DÇ-2027, Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, IV tur
24 noyabr
14:00. Azərbaycan – İsveçrə
Hakimlər: 
Edis Tolqa (Türkiyə), Kiril Tvauri (Gürcüstan), Todrubas Daskalu və Vlad Teodor (Rumıniya)
Bakı İdman Sarayı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью