Millimiz liderliyə bir addım qaldı: 73,1 faizlik ŞANS

05.10.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrupunda lider olmaq şansı olduqca artıb. Sport24.az xəbər verir ki, bu barədə turnirdəki ehtimalları hesablayan "Football Meets Data" məlumat yayıb.
Buna Ayxan Abbasovun baş məşqçisi olduğu komandanın ötən gün Bakıda D Liqasının 2-ci qrupunun oyununda Litvanı məğlub etməsi səbəb olub.
Bu nəticədən sonra Azərbaycan millisinin qrup lideri olmaq ehtimalı 36,9 faizdən 73,1 faizə yüksəlib. Yığmanın ikinci pilləni tutmaq şansı 26,3 faiz qiymətləndirilir. Komandanın qrupda üçüncü yeri tutmaq ehtimalı 0,6 faizdir.
Milli səfərdə Lixtenşteyni məğlub etsə, qrup qalibi olacaq. Lakin Malta sonuncu qarşılaşmada Cəbəllütariqə qalib gəlsə, bunun elə də böyük əhəmiyyəti olmayacaq. Çünki yalnız D Liqasının ən yaxşı qrup qalibi AVRO-2028-in pley-off mərhələsinə vəsiqə qazana bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью