Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
SİA xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib.
8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saat 17:00-da başlayıb.
Görüşün taleyini 1 qol həll edib. Abdulla Xaybullayevin 25-ci dəqiqədə vurduğu qol yığmamıza minimalhesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, Azərbaycan D Liqasının 2-ci qrupunda keçirdiyi oyunlardan sonra 5 xalla ilk pillədə qərarlaşıb. Litva isə 4 xalla ikinci sıradadır.
UEFA Millətlər Liqası
IV tur
4 oktyabr
17:00. Azərbaycan – Litva 1:0
8-ci km qəsəbə stadionu.