Millimiz Litvaya qarşı

04.04.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 4-cü qrupunda Litvanın qonağı olacaq.

Vilnüsdəki "Jalgiris" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Bakıda Montenqro ilə heç-heçə (0:0) edən millimiz həmin rəqiblə aprelin 8-də səfərdə qarşılaşacaq.

Millimizin yer aldığı 3 komandalı 4-cü qrupda Montenqro 4 xalla (2 oyun) lider, Azərbaycan (1 oyun) 1 xalla 2-cidir. Litvanın (1 oyun) isə xalı yoxdur və 3-cü pillədə qərarlaşıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью