Millimiz Lixtenşteynə qalib gəldi Qrupda 1 ci yeri tutdu

14.11.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gecə UEFA Millətlər Liqasında V turun oyunları keçirilib.
Modern.az xəbər verir ki, Azərbaycan millisi səfərdə Lixtenşteynlə qarşılaşıb.

D Liqasının II qrupunda keçirilən görüş millimizin qələbəsi ilə nəticələnib. Komandamızın 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu Mahir Emreli vurub. 

Bu qələbədən sonra Azərbaycan topladığı  8 xalla qrupda birinci pillədəki mövqeyini qoruyub. Litva 4 xalla ikinci, Lixtenşteyn 1 xalla sonuncudur.  Qrupda sonuncu oyun noyabrın 16-da Litvada baş tutacaq. Həmin gün meydan sahibləri Lixtenşteyni qonaq edəcək.

UEFA Millətlər Liqası
13 noyabr

Lixtenşteyn – Azərbaycan - 0:1

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью