Millimiz Lüksemburq yığmasına qalib gəldi

03.07.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Basketbol üzrə kişilərdən ibarət milli komandamız, 2029-cu ildə baş tutacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyununda səfərdə Lüksemburq yığmasına 76:74 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, oyunun ən məhsuldar basketbolçusu 19 xalla millimizin üzvü Kamran Məmmədov seçilib.

Bu qələbə millimizin qrupda ikinci qələbəsi olub. Millimiz qrupda sonuncu oyununu 5 iyul saat 17:00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью