Millimiz Macarıstan yığması ilə qarşılaşacaq

13.11.2024

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, 6-cı qrupda mübarizə aparan millimiz Rumıniyada təşkil olunan görüşdə Macarıstan ilə qarşılaşacaq.

Oyun "Tunari" stadionunda keçiriləcək və onu moldovalı baş hakim Ion Orlic idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

6-cı qrupun digər oyununda isə ev sahibi Rumıniya yığması Yunanıstan komandası ilə üz-üzə gələcək. 

13 noyabr

14:00. Macarıstan (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Ion Orlic (Moldova)
Tunari stadionu, Rumıniya

Arda Gülər "Fənərbaxça"ya qayıtmaq istəyir Böyükağa Ağayev: "Qarabağ"ın qələbəsi çox çətin oldu" "Araz-Naxçıvan"ın legionerinə Premyer Liqadan tələb var Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub - Rəsmi Tahir Süleymanov: "Həmin görüş daha geniş məna daşıyırdı"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью