Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
20 yaşadək qadınlardan ibarət Azərbaycan milli basketbol komandası hazırda Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa Çempionatının B divizionunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Azərbaycan komandası 9-14-cü yerlər uğrunda oyunda Ukrayna komandasına 58:79 hesabı ilə məğlub olub.
Millimiz sabah 9–14-ci yerlər uğrunda Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan komandası qrup mərhələsində A qrupunda İrlandiyaya (81:93) və Yunanıstana (63:79) məğlub olub, Albaniyaya (88:60) qalib gəlib.
Azərbaycan millisi Lüksemburqa 12 oyunçu ilə yollandı Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək “Neftçi” Dünya Seriyasında yarımfinalın bir addımlığında dayandı “Sabah”da ayrılıq - RƏSMİ