Millimiz məğlubiyyətlə başladı

19.03.2025

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində ilk oyununu keçirib.

 Tribunainfo.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gəlib.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.

U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью