Millimiz Millətlər Liqasında ikinci oyununa çıxır

04.04.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 4-cü qrupunda Litvanın qonağı olacaq.

Vilnüsdəki "Jalgiris" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 

Qeyd edək ki, daha əvvəl Bakıda Montenqro ilə heç-heçə (0:0) edən millimiz həmin rəqiblə aprelin 8-də səfərdə qarşılaşacaq. Yığmanın yer aldığı 3 komandalı 4-cü qrupda Montenqro 4 xalla (2 oyun) lider, Azərbaycan (1 oyun) 1 xalla 2-cidir. Litvanın (1 oyun) isə xalı yoxdur və 3-cü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью