Millimiz Moldovaya böyük hesabla uduzdu

25.03.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Sportal.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью