Millimiz Monteneqro ilə üz üzə

08.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında 3-cü oyununu keçirəcək.

QOL.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Nikşiçdə Monteneqro yığmasının qonağı olacaq. Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edəcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırda hər iki komanda hərəyə 4 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşür.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyununda Monteneqro ilə Bakıda heç-heçə edib - 0:0. Millimiz ikinci matçda isə səfərdə Litvaya qalib gəlib - 2:0.

8 aprel

20:00. Monteneqro - Azərbaycan

Hakimlər: Marta San Xuan, Karlos Qonçalves, Luis Akosta, Antuan Şaramonti (Andorra)

Nikşiç şəhər stadionu.

Xallar: Monteneqro - 4, Azərbaycan - 4, Litva - 0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью