Millimiz növbəti matçına çıxır

10.06.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.

Globalinfo.az xəbər verir ki, yığma Macarıstanla qarşılaşacaq.

“Liv Bona Dea Arena”da təşkil olunacaq oyun saat 20:00-da başlayacaq.

Matçı belaruslu baş hakim Viktor Şimusikin idarə edəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi milli iyunun 7-də Riqada Latviya ilə qolsuz heç-heçə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью