sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının I təsnifat raundunda ikinci matçına çıxıb. Sport24.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan kollektiv II turda Şimali Makedoniya seçməsi ilə üz-üzə gəlib.
Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 4-cü meydançasında təşkil olunan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk qarşılaşmada Serbiyaya 0:3 hesabı ilə uduzan komanda qrupdakı son oyununu dekabrın 2-də Monteneqroya qarşı keçirəcək.