Millimiz Polşaya yollanıb

19.11.2024

Icma.az, Apasport portalına istinadən məlumat verir.

16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debica şəhərinə yola düşüb.

Apasport.az xəbər verir ki, U-16 14 oyunçu ilə səfərə yollanıb.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda Estoniya, Litva və Ukrayna kollektivləri ilə üz-üzə gələcək. Yığma ilk matçını noyabrın 20-də Estoniyaya qarşı keçirəcək.

U-16 millimizin heyəti:

Oyunçular: Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Quluzadə, Mədinə Əlibəyova, Məryəm Qocayeva, Çinarə Rəhimova.

Baş məşqçi: Şahin Çatma

Məşqçilər: Hamid Anvari, Pərvin Səfərli.

Qeyd edək ki, noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Voleybolçularımız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar Avropa çempionatı Azərbaycanda! AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb “Abşeron” kubokun sahibi olub "Xilasedici" ölkə kubokunun qalibi olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью