Millimiz püşkatmanı gözləyir

12.03.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Bu gün minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək. Sport24.az xəbər verir ki, tədbir "Ritz Carlton Baku" otelinin "Şuşa"zalında baş tutacaq.

Mayda Bakıda təşkil olunacaq mundialın 32 iştirakçısı 8 qrupa bölünəcək. Püşkatmadan öncə komandalar 8 səbətə bölünüb. Əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb.

Qeyd edək ki, püşkatma mərasimi saat 18:00-da başlayacaq.

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;

2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;

3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;

4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью