Millimiz Qazaxıstana qalib gəlib

27.04.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.

Apasport.az xəbər verir ki, yığmamız Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

“Neftçi” - “Qarabağ” oyunu rəqəmlərin gözü ilə Futzal üzrə Azərbaycan I Liqasında üçüncü yer və final oyununun tarixi açıqlanıb Azərbaycan Kuboku: Final oyununun vaxtı bəlli olub Abubakar gedir? “Neftçi”də şok qərar Premyer Liqa: Lider autsayderə qarşı - YENİLƏNİR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью