Millimiz Qazaxıstana yollanıb

13.10.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadın güləşi üzrə milli komandamızın üzvləri Qazaxıstana yollanıb.

Apasport.az xəbər verir ki, böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan (65 kq) ibarət heyət oktyabrın 12-dən Almatıda dünya çempionatına hazırlıq məqsədilə son təlim-məşq toplanışına başlayıb.

Ayın 24-dək davam edəcək hazırlıq prosesi Qazaxıstan və Rumıniya yığmaları ilə birgə təşkil olunub. U-23 dünya çempionatı başa çatdıqdan sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da toplanışa qatılacaq. 

Hazırlıq prosesində taktiki-texniki çalışmalara və rəqiblərin analizinə üstünlük verilir. Toplanış bitdikdən sonra komanda Almatıdan Astanaya yollanacaq.

Qeyd edək ki, mundialda qadın güləşi üzrə yarış 27-30 oktyabrda keçiriləcək.

Millimizin dünya çempionatı üçün heyəti açıqlanıb Güləşçilərimiz Dünya Seriyasında birinci olublar Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar Çimərlik güləşçilərimiz təlim-məşq toplanışına start verib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью