Millimiz qrup lideri oldu

30.05.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Fransa ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, millimiz qrup birincisinin adına aydınlıq gətirmək üçün həlledici olan bu matçda Fransa yığmasının qapısından 3 top keçirib (3:1).

Bununla da Azərbaycan millisi F qrupunun lideri kimi 1/8 finala yüksəlib.

Qeyd edək ki, millimiz ilk turda Avstriya yığmasını 1:0, növbəti oyunda isə İtaliyanı 3:0 hesabı ilə məğlub etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью