Millimiz Rumıniyaya böyük hesabla uduzdu

08.05.2026

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.

Sportal.az xəbər verir ki, millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 45+2-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Gürcüstan yığması Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, U-16 növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью