Millimiz San Marinoya uduzur Canlı Yenilənir

09.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti sınağına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, millimiz San Marino yığma ilə yoxlama oyunu keçirəcək.

Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu rəqiblə Macarıstanda qarşılaşacaq. Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Marton Ruş olacaq.

Xatırladaq ki, millimiz bir neçə gün öncə eyni məkanda Malta yığması ilə də qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu.

***

Komandaların start heyətləri bəlli olub:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov, 2. Rəhman Daşdəmirov, 18. Tellur Mütəllimov, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 25. Rüfət Abbasov, 26. Ayxan Hüseynov, 11. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23 Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 17. Vüsal İsgəndərli, 19. Nəriman Axundzadə, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Rəhim Sadıxov

San Marino: 1. Kolombo, 12. Tosi, 15. Posolini, 5. Celovi, 4. Fabbri, 18. Zannoni, 8. Kapiççioni, 25. Meloni, 21. Latsari, 11. Cakopetti, 9. Nanni (k)

***

Matç başladı.

***

San Marino hesabı açır. 9-cu dəqiqədə Nikola Nanni qol vurur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью