Millimiz seçmə mərhələdə ilk oyununa çıxır

03.03.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığmamız Mərdəkanda Şimali Makedoniya ilə qarşılaşacaq. 

Polşadan olan hakimlər briqadasının idarə edəcəyi gğrüş "Dalğa Arena"da keçiriləcək və saat 15:00-da start götürəcək. 

Qeyd edək ki, yığmamızın qrupdakı digər rəqibləri Macarıstan və Andorra milliləridir.

Dünya çempionatının seçmə mərhələsi 

C liqası, 3-cü qrup

15:00. Azərbaycan - Şimali Makedoniya

Hakimlər: Anna Adamska, Julia Bukaroviç, Angelika Novak, Mixalina Diakov (hamısı Polşa)

Mərdəkan. "Dalğa Arena"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью