Millimiz seçmə mərhələyə məğlubiyyətlə BAŞLADI

24.10.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.
Bizim.Media xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Kişineu şəhərində yerləşən “Zimbru 2” stadionunda keçirilən görüş Uels seçməsinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-17 qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью