Millimiz səfərdə İrlandiya ilə qarşılaşır | Icma.az
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sport24.az xəbər verir ki, Tahir Baxşıyevin "sükanı arxasında" arxasında olduğu komanda səfərdə İrlandiya ilə üz-üzə gələcək.
Dublindəki Milli Basketbol Arenasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, iki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb.
Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu