Millimiz səfərdə İsveçlə qarşılaşacaq | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyunun
Teleqraf.com xəbər verir ki, komanda C Liqasının I qrupunun matçında İsveçlə qarşılaşacaq.
Görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək. Qarşılaşmanı Polşadan olan FIFA referisi Pavel Raçkovski idarə edəcək.
Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşıb.
UEFA Millətlər Liqası VI tur 19 noyabr C Liqası, I qrup 23:45. İsveç - Azərbaycan Baş hakim: Pavel Raçkovski (Polşa). "Friends Arena".
Qeyd edək ki, I qrupda İsveç 13 xalla liderdir. Yığmamız 1 xalla sonuncu pillədə qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu