Millimiz Solnada möcüzə edə biləcək?

19.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Millətlər Liqasının C Liqasının 1-ci qrupunda çıxış edən millimiz bu gün turnir çərçivəsində sonuncu, daha dəqiq desək, 6-cı oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Fernandu Santuşun yetirmələri səfərdə İsveçlə qarşılaşacaq.

Yığmanın qrup sonuncu olacağı artıq dəqiqləşib. Əsas məsələ millimizin C liqasında yerini qoruyub-qorumayacağıdı. Heç şübhəsiz ki, bu oyunda favorit meydan sahibləridi. Ancaq futbol sürprizlərlə dolu bir idman növüdü. Komandamız Solna şəhərində keçiriləcək matçda möcüzə edə bilsə, C Liqasında qalmaq şansı yarana bilər.

Qeyd edək ki, oyunun start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.

Millətlər Liqası, qrup mərhələsi

C liqası, 1-ci qrup

23:45. İsveç - Azərbaycan

Hakimlər: Pavel Raçkovski, Radosłav Siejka, Adam Kupsik, Voysex Mıs.

Solna. "Strouberri Arena".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью