Millimiz təlim məşq toplanışı keçəcək

06.06.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Yeniyetmə oğlan voleybolçulardan ibarət millimiz (2008-2009 təvəllüdlülər) Belarusa yola düşüb.

"Football-plus.az" xəbər verir ki, komanda Minskdə Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.
İyunun 12-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı ilə yanaşı, komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.
Qeyd edək ki, yığma bu il Azərbaycanda keçiriləcək 3-cü MBD Oyunlarında iştirak edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью