Millimiz təlim məşq toplanışı keçirəcək

05.02.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Minifutbol üzrə Azərbaycan milli komandası mayın 21-dən iyunun 1-dək evdə keçiriləcək dünya çempionatına hazırlıq planlarını müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünya çempionatının başlamasına bir aydan çox vaxt qalmış hazırlığa start verəcək.
Aprelin 18-də 10 gün müddətinə Monteneqroya yollanacaq millimiz beynəlxalq turnirdə iştirak edəcək.
Bundan sonra isə yığma komandamızın Slovakiyanın Koşitse şəhərində təlim-məşq toplanışı və turnirdə çıxış etməsi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью