Millimiz Türkiyə yığmasına uduzdu

01.09.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Axar.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Türkiyə yığması ilə qarşılaşıb.

İstanbuldakı “Sinan Erdem” idman zalında keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).

Azərbaycan millisi C qrupunda keçirdiyi oyunlardan sonra 8 xal toplayaraq üçüncü pilləni tutub və pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyə millisi A qrupunu 13 xalla ikinci pillədə başa vurub. Daniele Santarellinin komandası Latviya (3:0), Sloveniya (3:1), Macarıstan (3:0) və Almaniyaya (3:1) qalib gəlib, yalnız Polşaya 2:3 hesabı ilə uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью