Millimiz Türkiyəyə yollandı

06.10.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın voleybolçu qızlardan ibarət U-20 millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək. Sport24.az xəbər verir ki, Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək milli hazırlıq məqsədilə bu gün İzmirə yola düşüb.

Oktyabrın 11-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma yerli klublarla bir neçə yoxlama oyunu da keçirəcək.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Gökhan Edman hazırlıq prosesinə 14 voleybolçu dəvət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью