Icma.az, Apasport saytına istinadən bildirir.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.
Apasport.az xəbər verir ki, yer aldığı B qrupunu 6 xalla ikinci pillədə tamamlayan millimiz A qrupunda eyni xalla ikinci yeri tutan Özbəkistan yığması ilə qarşılaşacaq.
Görüş fevralın 21-də, Bakı vaxtı ilə saat 15:40-da keçiriləcək.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
Abdullahi Şuaybu: "Üzərimdə çox işləməliyəm" "Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxarılır Azərbaycan çempionatının oyunları təxirə salındı Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb AFFA-dan qərar: Sonuncu yer düşür, 3 komanda gəlir