Axar.az saytına istinadən Icma.az xəbər verir.
2024/25-ci illər mövsümünü əhatə edən UEFA Millət Liqası turnirində milli assosiasiyalara veriləcək maddi vəsaitin həcmi müəyyənləşib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, müvafiq rəqəmlər UEFA tərəfindən cari mövsüm üçün dərc edilmiş rəsmi maliyyə hesabatında öz əksini tapıb.
Sənədə istinadən, C Liqasında mübarizə aparan Azərbaycan milli komandası turnirdəki iştirakına görə 1 milyon 125 min avro məbləğində gəlir qazanıb.