Millimiz Uels seçməsinə böyük hesabla məğlub olub

24.10.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kişineu şəhərində yerləşən “Zimbru 2” stadionunda keçirilən görüş Uels seçməsinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.

Yığmamız Qazaxıstanla qarşılaşacaq Flavinyo küskündü: “Neftçi” ilə danışmışdıq ki..." Mikel Alvaro: “Qarabağ” komanda olaraq böyük uğura imza atıb” De Bleker hakimin tərəfini tutdu, “düzgün qərardır” dedi - VİDEO Danışılmış oyunlarla bağlı seminar keçirilib - FOTO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью