Millimiz Ukraynaya məğlub oldu VİDEO

14.10.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda 4-cü turda səfərdə Ukrayna ilə qarşılaşıb.
Polşanın Krakov şəhərinin "Krakoviya" stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edib.
 

Ötən tur səfərdə Fransaya 3 cavabsız qolla uduzan millimiz Ukraynadan xal və ya xallar almağa çalışsa da, yekunda meydandan 1:2-lik məğlubiyyətlə ayrılıb.


Bu qrupun digər matçında isə İslandiya millisi Fransa ilə bərabərə qalıb - 2:2.
13 oktyabr
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
Ukrayna - Azərbaycan - 2:1
Qollar: Aleksey Qutsulyak, 30 (1:0),  Vitali Mikolenko-avtoqol, 45+3 (1:1), Ruslan Malinovski, 64 (2:1)
Baş hakim: Sebastian Gişamer
"Krakoviya" stadionu



Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью