Millimiz Xorvatiya ilə oyunun hazırlığını başa vurdu

14.04.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində sabah Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün son məşqinə çıxıb.

QOL.az xəbər verir ki, Bakı İdman Sarayında 1 saat davam edən hazırlıq prosesi zamanı isinmə hərəkətlərinin ardından futzalçılar standart vəziyyətlər üzərində çalışıb.

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu aprelin 15-də Bakı İdman Sarayında keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью