Millimiz yenə böyük hesabla uduzdu

29.11.2024

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

Qaynarinfo xəbər verir ki, komanda 2-ci turda Estoniya ilə üz-üzə gəlib.

Kiprin "Kouklia Community” stadionunda oynanılan görüş Estoniya millisinin 3:0 hesablı qəlöəbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli dekabrın 2-də Kiprlə qarşılaşacaq.

Hazırda İsveçrə millisi 6 xalla liderdir. Estoniya millisi eyni xalla 2-cidir. Xalı olmayan Kipr və Azərbaycan millisi isə müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью