Millimiz yenə böyük hesabla uduzdu

29.11.2024

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

- +

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib. Tribunainfo.az xəbər verir ki, komanda 2-ci turda Estoniya ilə üz-üzə gəlib.Kiprin “Kouklia Community” stadionunda oynanılan görüş Estoniya millisinin 3:0 hesablı qəlöəbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsindəki ilk matçında İsveçrəyə 0:8 hesabı ilə məğlub olub. Milli dekabrın 2-də Kiprlə qarşılaşacaq.

Hazırda İsveçrə millisi 6 xalla liderdir. Estoniya millisi eyni xalla 2-cidir. Xalı olmayan Kipr və Azərbaycan millisi isə müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью