Millimiz yenə irəliləyib 3 pillə

01.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Kişi basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması 75,9 xalla 110-cu pillədə qərarlaşıb.

Tahir Baxşıyevin yetirmələri ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib. Hesabat dövründə heç bir matç keçirməyən komandamız ötən cədvəldə də eyni irəliləyişə nail olmuşdu. Millimiz Avropa ölkələri arasında 44-cüdür.

Qeyd edək ki, cədvələ 840,1 xala malik ABŞ başcılıq edir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью