Millimiz yenə qol vuracaq? İdman və Biz | Icma.az
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq. Azərbaycan yığması Millətlər Liqasının V turunda Estoniya ilə qarşılaşacaq.
İdman.biz xəbər verir ki, noyabrın 16-da keçiriləcək matç iki rəqib arasında 12-ci duel olacaq.
Qəbələdə baş tutacaq görüşə qədər millimiz Baltikyanı ölkə təmsilçisi ilə 11 dəfə görüşüb. Komandamız yalnız 2 qələbə qazanıb.
Rəqibin hesabında 4 qələbə var. Digər 5 qarşılaşma sülhlə nəticələnib.
Qələbə sayındakı ikiqat üstünlük top fərqində də estoniyalılar öndə olması ilə nəticələnib – 12-9.
Rəsmi turnirlərdə keçirilən 3 oyunun ikisi AVRO-2024-ün seçmə mərhələsi, biri Millətlər Liqası çərçivəsində baş tutub.
Bu qarşılaşmalarda bərabərlik hökm sürür. Hərəyə 1 qələbəsi olan rəqiblər 1 heç-heçə ediblər. Komandaların hərəsi 4 qola sevinib.
Millimiz hər üç matçda qol sevinci yaşamağa müvəffəq olub. Komandamız bu seriyanı Qəbələdə davam etdirməyə çalışacaq. 15 fevral 1996.
Tam oxu
Xəbəri oxu