Millimiz yoxlama oyununda iki qələbə qazandı

09.08.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib.

Modern.az xəbər verir ki, komanda Azərbaycanda təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb. Hər iki matç yığmamızın qələbəsi ilə başa çatıb – 3:2, 3:0.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью