Millimiz yoxlama oyununda qalib gəlib

12.02.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız “Qarabağ” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 67-ci dəqiqədə Emil Usubov, 70-ci dəqiqədə Emil Həsənov və 85-ci dəqiqədə Əhməd Vəliyev vurub.

Qeyd edək ki, U-17 millimiz fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью