Millimizdə isveçrəli baş məşqçi

17.10.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Üzgüçülük üzrə millimizin yeni baş məşqçisi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu vəzifə isveçrəli Luka Qabriloya tapşırılıb.
Yeni mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.
Qeyd edək ki, 15 il məşqçilik təcrübəsinə malik olan Luka Qabrilo daha əvvəl İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında idmançılar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью