Millimizdən biabırçı məğlubiyyət YENİLƏNDİ Yeni Çağ Media

20.11.2024

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə böyük hesabla məğlub olub.

Yenicag.az xəbər verir ki, komanda C Liqasının I qrupunun son matçında 0:6 hesabı ilə uduzub.

“Stroberri Arena”da baş tutan qarşılaşmada Kulusevski (10, 57) dubl edib. Dyekereş (26,37, 58, 70) isə poker müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından C Liqasını 1 xalla sonuncu sırada başa vuran Fernandu Santuşun rəhbərlik etdiyi yığma D Liqasına yuvarlanıb./Report/

***

70-ci dəqiqədə Gökereş poker edir – 6:0.

***

58-ci dəqiqədə Gökereş het-trik edir.

***

57-ci dəqiqədə Kulusevski də dubl edir – 4:0.

***

26-cı dəqiqədə Gökereş hesabı 2:0 edir.

***

36-cı dəqiqədə Gökereş dubl edir – 3:0.

***

Meydan sahibləri hesabda irəli çıxıb. 10-cu dəqiqədə Kulusevski hesabı açıb.

***

Matç başladı.

***

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək İsveç və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

Azərbaycan: Rza Cəfərov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Ozan Can Kökçü, Toral Bayramov, Anton Krivotsyuk, Nəriman Axundzadə, Mahir Emreli

İsveç: Conasson, Strafelt, Auqustinsson, Sema, Ayari, Karlström, Kulusevski, Saletros, Nanasi, Gökereş, İsak.

Qeyd edək ki, “Stroberri Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-da start götürəcək.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью