Millimizdən iki məğlubiyyət

20.06.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə seçmə mərhələdən başlayıb.

Komanda A qrupunda Tailand və Litva yığmaları ilə qarşılaşıb.

Hər iki oyunda Azərbaycan komandası məğlub olub. Tailand - Azərbaycan 21:5, Litva - Azərbaycan 21:5.

Günün ikinci yarısında “Neftçi SOCAR” əsas mərhələnin A qrupunda “Yanjing” (Çin) klubu və Çin millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar müvafiq olaraq 16:05 və 17:55-də start götürəcək.

Qeyd edək ki, Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.

Lukas Qrabauskas “Sabah”da - RƏSMİ 53 illik həsrət bitdi - “Nyu York Niks” çempion! “Nyu-York”dan dramatik geridönüş: 29 xaldan Seçməmiz dünya dördüncüsü olub - YENİLƏNİB Milli komandamız Almaniya qarşısında geridönüş etdi - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью