Icma.az, Fanat portalına istinadən məlumat verir.
Belarus milli komandasının baş məşqçisi Karlos Alos istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, məlumatı Belarus Futbol Federasiyasının mətbuat xidməti yayıb.
İspaniyalı mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
Qeyd edək ki, Karlos Alos 2023-cü ildən Belarus millisini çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda bu ilin martında Bakıda millimizə 2:0 hesabı ilə qalib gəlib. Karlosun rəhbərliyi altında belaruslular 26 oyun keçirib, 6 qələbə qazanıb, 10 dəfə məğlubiyyətlə üzləşib və 10 oyunda heç-heçə edib.