Millimizə qarşı oynayacaq forvard İngiltərə klubuna keçdi

01.09.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki ilk rəqibi İslandiya yığmasının bir futbolçusu komandasını dəyişib.

Sportal.az xəbər verir ki, hücumçu Andri Qudyonsen Belçikanın “Gent” klubunda qalmayıb. 

23 yaşlı hücumçu "Blekbern"lə anlaşıb. İslandiyalı forvard Çempionşip təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, İslandiya millisi sentyabrın 5-də Azərbaycanı qəbul edəcək. Onlar sentyabrın 9-da isə Fransanın qonağı olacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью