Millimizi 200 azarkeş dəstəkləyəcək

10.10.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Parisdə Fransaya qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununda Azərbaycan millisi dəstəksiz qalmayacaq. Sport24.az-ın Parisdəki əməkdaşı xəbər verir ki, yığmamızı təxminən 200 azarkeş dəstəkləyəcək.

Fransadan və Avropanın müxtəlif ölkələrindən azətbaycanlı fanatlar tribunada yer alacaqlar.

Qeyd edək ki, bu gün keçiriləcək Fransa - Azərbaycan oyunu saat 22:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью