Millimizi İsveçdə 200ə yaxın azarkeş dəstəkləyəcək

18.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan yığmasını UEFA Millətlər Liqasının VI turunda sabah baş tutacaq İsveçlə səfər oyununda 200-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

“Təxminən 200 azarkeşin gəlməsi gözlənilir. Amma oyun saatına kimi bu say bir az arta bilər”, - deyə qurum rəsmisi söyləyib.

Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.Report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью