Millimizin altı basketbolçusu ABŞ a yollanır

03.09.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın qadınlardan ibarət milli komandasının 6 üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, yeni mövsümdən etibarən basketbolçular təhsillərini və idman karyeralarını ABŞ-də davam etdirəcəklər.

Səlminaz Ramazanlı Luiziana Xristian Universitetində, Ela Nur Gökçöl Georgian Court Universitetində, Aylin Əkbərzadə John Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida Akademiyasında, Aylin Niftəliyeva Springfield Commonwealth Akademiyasında, Deniz Gökçöl isə Central Pointe Xristian Akademiyasında təhsil alacaqlar.

Basketbolçuların ABŞ-də təhsil və idman fəaliyyətlərini davam etdirməsinin onların yeni mühitdə inkişafına, yerli basketbol sistemi ilə tanış olmasına və təcrübə qazanmasına imkan yaradacağı gözlənilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью