Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb

15.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin Avropa çempionatının ilkin mərhələsinin B qrupunda keçirəcəyi oyunların təqvimi açıqlanıb.

"Cebheinfo.az" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmalar San Marinoda baş tutacaq.

Avropa çempionatının ilkin mərhələsi

B qrupu

24 yanvar

Kosovo – San Marino

25 yanvar

Azərbaycan – Kosovo

26 yanvar

San Marino – Azərbaycan

Qeyd edək ki, yalnız birinci yeri tutan komanda əsas mərhələyə vəsiqə qazanacaq və 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina, Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar martın 25-30-da Xorvatiyada keçiriləcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью